33
Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət qurumlarında fərqli iş qrafikləri sınaqdan keçiriləcək.
Sesxeber.com bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə 15 sentyabrdan etibarən iki ay müddətində iş saatları üç müxtəlif vaxt rejiminə bölünəcək.
Hər bir dövlət orqanı üzrə əməkdaşların ən azı 30%-nin yeni iş rejimlərinə cəlb olunması nəzərdə tutulur.
Sınaq dövründə aidiyyəti qurumlar tərəfindən küçələrdəki avtomobil axını və sıxlıq səviyyəsi nəzarətdə saxlanılacaq.
Təhlillərin nəticələrinə əsasən dəyişkən iş qrafikinin daimi tətbiqi ilə bağlı yekun siyahı formalaşdırılacaq.