20 yaşadək cüdoçular arasında Bakı şəhər birinciliyi təşkil olunub.
Sesxeber.com bildirir ki, Abşeron Olimpiya Kompleksində keçirilən yarışda 34 klub və idman cəmiyyətindən 200 idmançı mübarizə aparıb. Onlardan 162-si oğlan, 38-i isə qız olub. Cüdoçular 13 çəki dərəcəsində qüvvələrini sınayıblar.
Yekun nəticələrə əsasən, komanda hesabında “Judo Club 2012” (3 qızıl, 1 gümüş, 5 bürünc medal) birinci, “Neftçi” İdman Klubu (2 qızıl, 3 gümüş, 3 bürünc medal) ikinci, “Azəri-Cüdo” İdman Klubu İctimai Birliyi (2 qızıl, 1 bürünc medal) isə üçüncü yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub.
Qeyd edək ki, yarışın əsas məqsədi kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.