Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil olunacaq.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.