Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 29-dan nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.
Sesxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyət səbəbindən 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
41, 45, 71, 100, 108A, 108B, 123, 147, 179 və 203 nömrəli marşrutlar İbrahimpaşa Dadaşov və Cəfər Xəndan küçələri, Azadlıq prospekti və Binəqədi şosesi ilə hərəkət edəcək.
2 və 3 nömrəli marşrutların hərəkəti isə Əhməd Rəcəbli, Süleyman Sani Axundov və digər alternativ küçələr üzrə təşkil olunacaq. 33, 88 və 93 nömrəli marşrutlar da alternativ istiqamətlərdən “Dərnəgül” metro stansiyasına hərəkət edəcək. 202 nömrəli marşrutun Biləcəri istiqamətində hərəkəti Cəfər Xəndan küçəsi və Azadlıq prospekti ilə təşkil ediləcək.
7-ci mikrorayon sakinlərinin “Dərnəgül” stansiyasına gedişini təmin etmək üçün 3 nömrəli marşrutdan avtobuslar ayrılacaq və Abay Kunanbayev küçəsi – “Dərnəgül” m/st istiqamətində ödənişsiz xidmət göstərəcək.