Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yubanma qeydə alınıb.
Sesxeber.com bildirir ki, yubanma Bakıxanov, Sabunçu və Zabrat stansiyaları istiqamətində baş verib.
Bildirilib ki, qatar stansiyalar arasında qeyri-sabit hərəkət edib və vaqonlarda güclü yırğalanma hiss olunub.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Bakı-Sabunçu istiqamətində hərəkət edən qatarların qrafikində yaranan yubanmaya səbəb elektrik enerjisi təchizatında baş verən kəsinti olub:
“Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektrik enerjisi təchizatında yaranmış kəsintiyə görə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bəzi qatarların hərəkətində qısamüddətli gecikmələr qeydə alınıb. Hazırda qatarlar qrafikə uyğun hərəkətini davam etdirir”.