24
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Sesxeber.com bildirir ki, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir.
Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.