Məşhur azərbaycanlı müğənni Dilarə Kazımovanın “Dəli” mahnısı baş rollarında Liam Nison və Zakari Livayın çəkildiyi, büdcəsi təxminən 32 milyon dollar olan “Qisas əməliyyatı” (The Fix) adlı ABŞ istehsalı döyüş filmində səslənib.
Sesxeber.com bildirir ki, mahnı süjet üzrə hadisələrin Bakıda cərəyan etdiyi epizodda səslənir.
Məlumata görə, çəkilişlər Azərbaycanın paytaxtında aparılmayıb və ekrandakı Bakı görüntüləri digər məkanlarda lentə alınıb. Mahnının söz və musiqi müəllifi Fidan Alivadır.