2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 17,4 milyon ABŞ dolları təşkil edib.
Sesxeber.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artıb.
Hesabat dövründə ixracın həcmi 20 milyard 136,7 milyon ABŞ dollarına çatıb. İxrac əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 39,1 faiz artıb.
Qeyri-neft-qaz ixracında isə daha yüksək artım qeydə alınıb. Bu istiqamətdə ixracın həcmi 5 milyard 933,2 milyon ABŞ dolları təşkil edib və illik müqayisədə 2,8 dəfə artıb.
İdxalın həcmi isə 9 milyard 880,7 milyon ABŞ dolları olub. Bu göstərici əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 27,4 faiz azalıb.
Beləliklə, hesabat dövründə Azərbaycanın xarici ticarət balansında 10 milyard 256 milyon ABŞ dollarından çox müsbət saldo formalaşıb.