21
Bu il avqustun 3-nə operativ məlumata görə, Azərbaycanda payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994,9 min hektar sahənin 925,1 min hektarı, yəni 93 %-i biçilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sahələrdən 3 131,9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534,8 min tonu (49 %-i) buğdanın, 1 milyon 561,2 min tonu (49,9 %-i) arpanın, 35,9 min tonu (1,1 %-i) digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.
Ötən ilin eyni tarixi ilə müqayisədə ümumi məhsul yığımı 6,2 %, o cümlədən arpa üzrə 15,9 % çox, buğda üzrə isə 2,1 % azdır.