30
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:
“Ən çox yoluxma halı 24 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 19 nəfərdə visseral (daxili orqanları əsasən dalaq, qaraciyər və sümük iliyini zədələyən ağır yoluxucu xəstəlik), 5 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən qum milçəklərinin (mığmığaların) dişləməsi yolu ilə yoluxan daxili orqanları və dərini zədələyən protozoan xəstəliklər)”.
Bunlarla yanaşı 2025-ci ildə bir nəfərdə quduzluq aşkarlanıb.