2026-cı ilin iyun ayında Azərbaycanda bir sıra məhsul və xidmətlərin qiymətlərində artım qeydə alınıb.
Sesxeber.com Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, qeyri-qida məhsulları üzrə istehlak qiymətləri may ayı ilə müqayisədə 0,1 faiz bahalaşıb. Yanvar–iyun aylarında isə bu kateqoriya üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.
Əhaliyə göstərilən ödənişli xidmətlər də iyun ayında aylıq müqayisədə 0,1 faiz, ilin ilk altı ayında isə illik müqayisədə 5,7 faiz bahalaşıb.
Bundan başqa, reklam xidmətlərinin qiymətləri iyun ayında 0,7 faiz artıb.
Qeyd edək ki, iyun ayında qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayı ilə müqayisədə 0,7 faiz ucuzlaşsa da, yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə bu kateqoriya üzrə qiymətlər 6,7 faiz artıb.