31
Azərbaycanda 2025-ci ildə nikahı rəsmi qeydə alınmamış qadınlar tərəfindən 11 626 uşaq dünyaya gətirilib.
Sesxeber.com Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 5 540-ı qız, 6 086-sı isə oğlandır.
2024-cü ildə bu göstərici 13 228 olub. Beləliklə, nikahdankənar doğulan uşaqların sayı bir il ərzində 1 602 nəfər və ya 12,1 faiz azalıb.
Ötən il rəsmi nikahda olan qadınlar tərəfindən isə 84 249 uşaq doğulub. Onlardan 39 421-i qız, 44 828-i oğlandır. Müqayisə üçün, 2015-ci ildə bu göstərici 142 172 təşkil edib.