42
Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Sesxeber.com bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, onlardan 45-i qız, 44-ü oğlandır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.