2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Sesxeber.com məlumata əsasən bildirir ki, ölkəmizə ən çox gələnlər Rusiya (27,1%), Türkiyə (19,4%), İran (7,7%), Gürcüstan (4,9%) və Qazaxıstan (4,5%) vətəndaşları olub.
Körfəz ölkələrindən gələnlərin sayı 32%, digər ölkələrdən gələnlərin sayı 5,5% azalıb. Avropa İttifaqı ölkələrindən gələnlər isə 6,1%, MDB ölkələrindən gələnlər 4,3% artıb.
Eyni dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1,8% azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib. Onların ən çox üz tutduğu ölkələr Türkiyə (44%), Rusiya (14,6%) və Gürcüstan (13%) olub