18
Nazim Umbayev Bakıda keçiriləcək dünya çempionatında hakimlik edəcək.
Sesxeber.com xəbər verir ki, azərbaycanlı beynəlxalq dərəcəli cüdo hakimi Nazim Umbayev Bakıda keçiriləcək dünya çempionatında hakimlər heyətində yer alacaq.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı referisi olan Umbayev dünya çempionatında hakimlik edən ilk azərbaycanlıdır. O, bu təcrübəni ilk dəfə 2025-ci ildə Macarıstanda təşkil olunan dünya çempionatında qazanıb.