21
Dövlət Vergi Xidməti sosial media üzərindən gəlir əldə edən şəxslər üçün “Rəqəmsal platforma təsirçisi” adlı yeni fəaliyyət kodu (6312003) yaradıb.
Sesxeber.com bildirir ki, bu fəaliyyət növü artıq rəsmi uçot təsnifatına əlavə edilib.
Yenilik influenser, kontent istehsalçısı və rəqəmsal platformalarda reklam və əməkdaşlıqlardan gəlir əldə edən şəxslərin fəaliyyətinin ayrıca və daha şəffaf şəkildə qeydiyyata alınmasına imkan verəcək.
Dövlət Vergi Xidməti bu sahədə çalışan şəxslərə fəaliyyətlərini qanunvericiliyə uyğun rəsmiləşdirməyi və yeni fəaliyyət kodunu seçməyi tövsiyə edib.