30
Prezident İlham Əliyev və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə bir sıra saziş və memorandumlar imzalanıb.
Sesxeber.com bildirir ki, sənədlər bərpaolunan enerji, investisiya, mədənçilik, süni intellekt və yüksək performanslı hesablama infrastrukturu sahələrini əhatə edir.
“Masdar” ilə 315 MVt gücündə Neftçala Günəş Elektrik Stansiyası layihəsi üzrə maliyyə bağlanışının baş tutması təsdiqlənib.
Həmçinin Azərbaycan İnvestisiya Holdinqi, “AzerGold”, “GROUP 42”, “XRG SGC” və digər qurumlarla əməkdaşlıq sənədləri imzalanıb.