48
Azərbaycan CNN-də ölkəmizlə bağlı yayımlanan əsassız iddialara görə ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində media qurumuna qarşı iddia qaldırıb.
Sesxeber.com bildirir ki, CNN-in 5 iyun 2026-cı il tarixli materialında Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarında istifadə edildiyi iddia olunub. Azərbaycan tərəfi bu məlumatları dəfələrlə təkzib edərək CNN-dən düzəliş və təkzib tələb edib.
Bildirilib ki, 6 iyun, 23 iyun və 2 iyulda CNN-ə rəsmi müraciətlər göndərilsə də, iddialar təkzib edilməyib. Nəticədə Azərbaycan 17 avqust 2026-cı ildə CNN-ə qarşı məhkəməyə müraciət edib.