Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş onlayn iclas keçirilib.
Sesxeber.com bildirir ki, iclasda iyul–sentyabr aylarında avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri istiqamətində görülən işlər, infrastruktur layihələrinin icra vəziyyəti və yol hərəkəti təhlükəsizliyi məsələləri müzakirə olunub.
Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən yol layihələrinin prioritet istiqamətlərdən olduğunu bildirib.
O, həmçinin Bakıda və digər bölgələrdə aparılan yol tikintisi və təmir işlərinin vaxtında, keyfiyyətlə başa çatdırılmasının, eləcə də layihələrə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İclasda idarəetmənin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və vətəndaş məmnunluğunun artırılması məsələlərinə də toxunulub.
Sonda ilin son rübü üzrə prioritetlər müəyyənləşdirilib və nəzərdə tutulan işlərin vaxtında icrası ilə bağlı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.