2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Sesxeber.com Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bildirir ki, ÜDM əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artıb.
Hesabat dövründə neft-qaz ÜDM-i 26 milyard 181,9 milyon manat təşkil edib. Bu sahədə real ifadədə 0,8 faiz azalma qeydə alınıb.
Qeyri-neft-qaz ÜDM-i isə 61 milyard 527,6 milyon manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artıb.
Yanvar-avqust aylarında ölkədə 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye istehsalı real ifadədə 0,4 faiz azalıb.
Bununla yanaşı, qeyri-neft-qaz sənayesində istehsal 5,4 faiz artaraq 14 milyard 605,9 milyon manata çatıb.
Kənd təsərrüfatı məhsulunun dəyəri isə 10 milyard 57,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 2,6 faiz artım deməkdir.