81
Azərbaycanda 2025-ci il ərzində 5751 estetik əməliyyat həyata keçirilib.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirilib.
Statistikaya əsasən, ötən il plastik cərrahiyyə sahəsində ən çox üstünlük verilən əməliyyat növü rinoplastika, yəni burun əməliyyatları olub. Digər estetik əməliyyatlar isə belə sıralanıb:
Üz nahiyəsinin cavanlaşdırılması – 879 əməliyyat
Göz qapağı əməliyyatları (blefaroplastika) – 561 əməliyyat
Süd vəzisi əməliyyatları – 514 əməliyyat
Rəqəmlər Azərbaycanda estetik və plastik cərrahiyyə xidmətlərinə tələbatın yüksək olaraq qaldığını göstərir.