12
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.
Sesxeber.com bildirir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində tanınıb.
Məlumata əsasən, cinayət işi “Aqrarkredit” QSC (Bank Olmayan Kredit Təşkilatı) vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma ilə əlaqədardır. İstintaq çərçivəsində bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.