76
Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.
Sesxeber.com bildirir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığma Rumıniya millisi ilə qarşılaşacaq.
Görüş oktyabrın 16-da Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə Birləşmiş Ərəb Əmirlikləri və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə keçirilən əvvəlki qarşılaşma isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.