2027–2030-cu illərdə Azərbaycan iqtisadiyyatına ümumilikdə 108,6 milyard manat investisiya qoyulacağı proqnozlaşdırılır.
Sesxeber.com bildirir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində məlumat verilib.
Sənədə əsasən, əsas kapitala investisiya qoyuluşunun 2027-ci ildə 25,4 milyard manat, 2028-ci ildə 26,9 milyard manat, 2029-cu ildə 27,9 milyard manat, 2030-cu ildə isə 28,4 milyard manat təşkil edəcəyi gözlənilir.
Ümumi investisiyanın 76,6 milyard manatının qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır.
Bu sektora 2027-ci ildə 17,4 milyard manat, 2028-ci ildə 18,6 milyard manat, 2029-cu ildə 19,7 milyard manat, 2030-cu ildə isə 20,9 milyard manat investisiya yatırılması nəzərdə tutulur.