2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 476 310 nəfər aylıq sosial müavinət alıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0% artım deməkdir.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, yaşa görə müavinət alanların sayı 6,2% artaraq 176 398 nəfər, əlilliyə görə müavinət alanların sayı isə 1,2% artaraq 223 862 nəfər olub.