Avropada qadın atletika yarışlarının çəkiliş qaydaları “idmançıların seksuallaşdırılmasına son qoymaq” məqsədilə dəyişdiriləcək.
Sesxeber.com bildirir ki, operatorlardan arxa və aşağı rakurslardan, həmçinin bədənin müəyyən hissələrinin yaxın planlarından imtina etmək və diqqəti çıxışların texnikasına yönəltmək tələb olunur.
Hələlik bu, qadağa deyil, sadəcə bir tövsiyədir.
Dəyişikliklərə səbəb isə idmançıların narazılığı olub. Belə ki, onların iştirakı ilə çəkilən bəzi kadrlar sosial şəbəkələrdə “xoş olmayan tərəfdən” paylaşılırdı.