77
Azərbaycan Texnologiya Universitetində (ATU) tələbə və əməkdaşlar arasında Zəfər Gününə həsr olunmuş silsilə idman yarışlarına start veriləcək.
Sesxeber.com məlumat verir ki, yarışların ilk mərhələsi 20-21 oktyabr tarixlərində üzgüçülük üzrə baş tutacaq.
29 oktyabrda tennis, 2 noyabrda dama və şahmat, 3-4 noyabrda voleybol, 5-6 noyabrda isə futzal turnirləri keçiriləcək. Yarışlar ATU-nun İdman Klubunda baş tutacaq.