AQTA-nın ət qiymətlərini artırmağa səbəb ola biləcək və kiçik sahibkarlara təzyiqi artıra biləcək yeni qərarı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
AQTA qərar verib ki, “ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır”.
Təbii ki, bu qərar əlavə nəqliyyat xərclərinə səbəb olacaq və ətin qiymətində mütləq özünü göstərəcək. Başqa bir sual isə odur ki, “ixtisaslaşdırılmış nəqliyyat vasitələri” kimin şirkətinə məxsus olacaq və bu işdən qazanan kim olacaq?
İqtisadçı Natiq Cəfərli bu qərara sərt şəkildə şərh verdikdən sonra AQTA açıqlama verib və bunu “heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsi” kimi izah edib. Yəni kəsimə aparılan heyvanların rifahını düşünmək və üstəlik, bunun üçün əlavə xərclərə səbəb olmaq sosial şəbəkələrdə istehza ilə qarşılanıb.
Natiq Cəfərli həmçinin dədə-babalarımızın arabalarla daşıdığı heyvanları “limuzin”də daşımaqla bağlı istehzalı təkliflə çıxış edib.