Daşkəsəndə “Aqrar Biznes Festivalı” böyük izdihamla baş tutub.
Sesxeber.com bildirir ki, festivalda rəsmilər, şəhid ailələrinin üzvləri, qazilər, fermerlər, sahibkarlar, minlərlə rayon sakini və turistlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, Xoşbulaq kəndində təşkil olunan festival Daşkəsənin zəngin təbiətinin, zəhmətkeş insanlarının və milli-mənəvi dəyərlərimizin nümayiş olunduğu bir platformadır.

Festivalda rayonun kənd təsərrüfatı məhsulları, xalq sənətkarlığı nümunələri, əl işləri, bal, süd, meyvə-tərəvəz və digər yerli istehsal məhsullarından ibarət sərgilər təşkil olunub. Milli mətbəx nümunələri nümayiş etdirilib.

İdman yarışları, uşaqlar üçün əyləncə zonaları, STEAM layihələri üzrə təqdimatlar və müxtəlif müsabiqələr festival iştirakçılarının böyük marağına səbəb olub.
