ABŞ-ın “Apple” şirkəti M6 prosessoru ilə təchiz olunmuş yeni 14 düymlük “MacBook Pro” noutbukunu təqdim edib.
Sesxeber.com şirkətin açıqlamasına əsasən bildirir ki, yeni model bir dəfə enerji doldurulmaqla 24 saata qədər işləyə bilir. M6 prosessoru isə əvvəlki nəsillə müqayisədə süni intellektlə bağlı tapşırıqları 25 faiz daha sürətli yerinə yetirir.
Yeni noutbuk yüksək məhsuldarlığı, təkmilləşdirilmiş qrafik imkanları və sürətli bağlantı texnologiyaları ilə fərqlənir. Cihaz tələbələr, biznes nümayəndələri və kontent yaradıcıları üçün nəzərdə tutulub.
Bundan əlavə, sürətli enerji doldurma funksiyası sayəsində batareyanı 30 dəqiqə ərzində 50 faizə qədər doldurmaq mümkün olacaq.
Yeni “MacBook Pro”nun satışlarına noyabrın 6-da başlanılacaq. Noutbukun ilkin qiyməti 1 999 dollar təşkil edəcək.