52
“TelecomDaily” informasiya-analitik agentliyinin baş direktoru Denis Kuskov “Zvezdanews”a açıqlamasında bildirib ki, “Apple” şirkəti 2022-ci ildə Rusiyanı tərk etdiyindən və yerli operatorlarla əməkdaşlıq etmədiyindən, rusiyalı iPhone sahibləri beşinci nəsil (5G) yüksəksürətli mobil internetdən məhrum qalacaqlar.
Analitikin sözlərinə görə, telefonun ekranında 5G işarəsi sadəcə smartfonun mövcud şəbəkəni “tanıması” səbəbindən əks oluna bilər, lakin istifadəçi əslində yüksək sürət üstünlüklərindən yararlana bilməyəcək.