26
Türkiyənin Ankara şəhəri yaxınlığındakı Göltəpə ərazisində təxminən 66 milyon il əvvələ aid qarınayaqlı molyuskun (qastropod) fosilləşmiş qalıqları aşkarlanıb.
Sesxeber.com bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, tapıntı Tetis qədim okeanının mövcud olduğu dövrə, yəni təbaşir dövrünün sonlarına aiddir.
Həmin vaxt müasir Mərkəzi Anadolunun əraziləri qədim dənizin suları altında olub.
Alimlər hesab edirlər ki, bu tapıntı milyonlarla il əvvəl indiki Ankara ərazisinin qədim dənizin sahilyanı zonalarından biri olduğunu göstərir.