45
Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsində mühüm mərhələ başa çatıb.
Sesxeber.com xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, layihə üzrə ilkin işlər tamamlanıb və ən uyğun texniki variant müəyyən edilib.
Nazirin sözlərinə görə, əlavə texniki işlər yekunlaşdıqdan sonra layihənin icra mərhələsinə keçməsi üçün zəmin yaranacaq.
Bayraktar qeyd edib ki, yeni bağlantı iki ölkə arasında enerji əməkdaşlığını daha strateji səviyyəyə yüksəldəcək.