57
Böyük Britaniyada alimlər 20 il ərzində xəzinə axtaran şəxsin aça bilmədiyi, batmış gəmidən tapılan 400 illik kodlu qıfılı açıb.
Sesxeber.com “The Telegraph”ın məlumatına əsasən bildirir ki, XVI əsrə aid latun qıfıl 1999-cu ildə Uels sahilində aşkarlanıb. O, 1583-cü ildə batan “Ann Francis” ticarət gəmisinə məxsus olub.
Dörd fırlanan halqadan ibarət qıfılın 1296 mümkün kod kombinasiyası var idi.
Tədqiqatçılar mexanizmin daxili quruluşunu öyrənmək üçün kompüter tomoqrafiyasından istifadə edərək düzgün şifrəni müəyyənləşdiriblər. Kodun “ANCE” olduğu üzə çıxıb.
Tarixi artefakt heç bir zərər görmədən açılıb. Hazırda o, Suonsi şəhərindəki muzeydə nümayiş etdirilir.