“Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir”.
Sesxeber.com bildirir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
“Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək. Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”, – deyə əlavə edilib.
Qeyd edək ki, iştirakçılar müsabiqənin nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar mobil operatorlarının xidmətlərindən istifadə etməklə “iş nömrəsi”ni 7727 nömrəsinə SMS göndərərək öyrənə bilərlər. Müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında da yerləşdirilib.