8
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərovun səhhəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib.
Sesxeber.com teatrın mətbuat katibi Samirə Əşrəfin verdiyi məlumata əsasən bildirir ki, hadisə günorta saatlarında dərs zamanı baş verib. Aktyorun qan şəkəri 400-ə qədər yüksəlib və o, huşunu itirib.
“Rəşad müəllimin şəkəri var. Həyat yoldaşı bildirdi ki, ürəyində küt ağrılar hiss edib və huşu özündə olmayıb. Hazırda müalicə alır və iki-üç gün həkim nəzarətində olmalıdır”, – Samirə Əşrəf bildirib.
Onun sözlərinə görə, ilkin olaraq aktyorun ürəyi ilə bağlı problem və oksigen çatışmazlığı müəyyən edilib.
Hazırda Rəşad Səfərovun müalicəsi xəstəxanada davam etdirilir.