Sərnişinlərin gözləmə və səfər vaxtına maraq və bilik qatan “Kitab Dayanacağı” Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.
Sesxeber.com bildirir ki, indi Sumqayıtdan başlayan səfərləri kitabların rəngarəng dünyası müşayiət edəcək.
“Kitab Dayanacağı” vasitəsilə sərnişinlər sevdikləri kitabları seçib, mütaliə zövqünü səfər boyu yaşaya biləcəklər.