ABŞ və İran İslamabad memorandumu çərçivəsində əldə olunmuş 60 günlük atəşkəs rejiminin müddətini uzatmaq barədə razılığa gəliblər. Anadolu agentliyinin məlumatına görə, ilkin olaraq sazişin müddəti avqustun 17-də başa çatmalı idi.
Sesxeber.com bildirir ki, mənbələrin verdiyi məlumata görə, tərəflər atəşkəsin uzadılması barədə razılığa gəlsələr də, dəqiq müddət haqqında hələ ki son qərar verilməyib.
Qeyd edək ki, ABŞ və İran iyunun 17-də qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəddə tərəflərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət edəcəyi və daxili işlərinə qarışmayacağı öhdəliyi əks olunub.
İyunun 26-da – sazişə baxmayaraq, qarşılıqlı zərbələr endirilmiş və hər iki ölkə bir-birini atəşkəs rejimini pozmaqda ittiham etmişdi.