Nyu-Meksiko ştatında ayı elektrik dirəyinin zirvəsinə dırmaşıb və tirin üzərində ilişib qalıb.
Sesxeber.com bildirir ki, sosial şəbəkələrdə sürətlə yayılan videoda heyvanın çətinliklə nəfəs aldığı, arxa pəncələrinin halsız şəkildə sallandığı və son gücü ilə ön pəncələri ilə tutunmağa çalışdığı görünür.
Hadisə şahidləri polisə zəng vursalar da, ayını xilas etmək mümkün olmayıb. Mütəxəssislər ona kömək edənə qədər heyvanı elektrik cərəyanı vurub və o, həyatını itirib.