72
Məlumata görə, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Sesxeber.com bildirir ki, onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Anar Nəcəfli fəaliyyəti dövründə media nümayəndələrinin sorğularına cavab verməməsi və jurnalistlərlə kommunikasiya baxımından passiv mövqe nümayiş etdirməsi ilə bağlı dəfələrlə tənqid olunub. Xüsusilə yol infrastrukturu ilə bağlı jurnalistlərin bir sıra sorğularının cavabsız qalması onun fəaliyyəti ilə bağlı narazılıqlara səbəb olub.