“Səda” TV-nin rəhbəri jurnalist Elnur Şükürov həbs edilib.
Sesxeber.com xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq, ağırlaşdırıcı hallarda), 188.1-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, bir neçə il öncə sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı.