Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında SpaceX-in kosmik gəmisi ilə birləşmə prosesi zamanı naməlum uçan obyektin müşahidə edildiyi iddia olunur.
Sesxeber.com bildirir ki, tədqiqatçı Skott Uorinqin sözlərinə görə, obyektin diametri təxminən 7 metr olub. O, obyektin stansiyaya çırpılması halında ciddi dağıntılara səbəb ola biləcəyini bildirib.
Uorinq iddia edir ki, Dragon kosmik gəmisinin ekipajı, NASA-nın Yerüstü İdarəetmə Mərkəzi və hətta kosmik stansiyanın özü də bu hadisə barədə heç bir məlumat verməyib.