61
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib.
Sesxeber.com məlumata əsasən bildirir ki, Bakı şəhərində işıqforların fəaliyyəti kameralar vasitəsilə daim nəzarətdə saxlanılır. Lakin müşahidə kameralarının olmadığı ərazilərdə yaranan nasazlıqlar dərhal aşkarlanmaya bilər.
Vətəndaşlardan paytaxt ərazisində işləməyən və ya nasazlıq yaranan işıqforlarla qarşılaşdıqda +994 (012) 590 86 02 nömrəsinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, telefon xətti 24 saat fəaliyyət göstərir.
Təhlükəsiz hərəkət üçün gördüyünüz nasazlıq barədə məlumat verməyi unutmayın!