63
Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclasında sədr müavinləri müəyyənləşib.
Sesxeber.com bildirir ki, iclasda İdarə Heyətinin üzvləri Müşfiq Ələsgərli və Elmira Musazadə sədr müavinləri seçiliblər.
Şuranın Nizamnaməsinə əsasən, sədr müavinləri növbəlilik prinsipi ilə iki il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. İlk iki il ərzində bu vəzifə Müşfiq Ələsgərliyə həvalə olunub.
Bundan əlavə, Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında Əvəz Rüstəmov Mətbuat Şurasının icraçı katibi vəzifəsinə təsdiqlənib. İdarə Heyətinin üzvü Əminə Yusifqızı isə Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.