DİN və Ukrayna polisinin birgə əməliyyatı nəticəsində Kiyevdə azərbaycanlıların bank kartlarından pul oğurlayan mütəşəkkil şəbəkə ifşa olunub.
Sesxeber.com məlumata əsasən bildirir ki, vətəndaşları aldadan kibercinayətkarlar özlərini polis, bank və maliyyə qurumlarının əməkdaşları kimi təqdim ediblər.
Müxtəlif ünvanlarda fəaliyyət göstərən “Call center”lər aşkarlanıb, şəbəkə üzvləri saxlanılaraq Azərbaycana gətirilib.