Bakının Hövsan-Türkan avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar 3 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Sesxeber.com bildirir ki, noyabrın 3-də yolun kanala yaxın hissəsində təmir işləri aparılacaq. Bununla əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, məhdudiyyət müddətində 210 nömrəli avtobus Hövsan qəsəbəsi – Hövsan bağları, 218 nömrəli avtobus metronun “Əhmədli” stansiyası – Hövsan bağları, 215 nömrəli avtobus isə Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları istiqamətində (məhdudiyyət tətbiq edilən əraziyə qədər) fəaliyyət göstərəcək.
Marşrutların əvvəlki hərəkət sxeminin nə vaxt bərpa olunacağı açıqlanmayıb.