Azərbaycanda “iTicket.az” platformasının adından istifadə edilərək yaradılan saxta sosial şəbəkə səhifələri və internet saytları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib.
Sesxeber.com Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) məlumatına əsasən bildirir ki, dələduzlar saxta bilet satışları və müxtəlif kampaniyalar adı altında istifadəçilərin bank kartı və şəxsi məlumatlarını ələ keçirməyə çalışa bilərlər.
Vətəndaşlara biletləri yalnız “iTicket.az”ın rəsmi saytından və təsdiqlənmiş satış kanallarından əldə etmək, sosial şəbəkələrdə yayılan şübhəli elanlara və həddindən artıq sərfəli təkliflərə qarşı diqqətli olmaq tövsiyə edilir.
Həmçinin ödəniş etməzdən əvvəl saytın həqiqiliyini yoxlamaq, şəxsi və bank məlumatlarını şübhəli platformalarda paylaşmamaq məsləhət görülür.
Belə hallarla qarşılaşan şəxslərə müvafiq platformaya məlumat vermələri tövsiyə olunur.