Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.
Sesxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
O, bildirib ki, mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur.
“Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”, – deyə dövlətimizin başçısı qeyd edib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalı, ikili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır.
