31
Bu ilin yanvar-sentyabr aylarında Bakı metrosunda eskalator və travolatorların dayanması ilə bağlı 2 101 hal qeydə alınıb.
Sesxeber.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd olunub ki, hadisələrin 101-i sərnişinlərin səbəbsiz müdaxiləsi, 57-si xəsarətlə, 629-u isə xəsarətsiz yıxılma ilə bağlı olub.
Qurumun məlumatına görə, “stop” açarlarının mühafizə örtüyü ilə təmin edilməsi səbəbsiz dayanmaları azaldıb. Belə ki, bu göstərici 2025-ci ilin ilk 9 ayında 726 olduğu halda, 2026-cı ilin eyni dövründə 101-ə düşüb. Ümumi dayanma halları isə 493 hadisə azalıb.