Oktyabrın 22-də Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Sesxeber.com bildirir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Qeyd olunub ki, Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələrində və Tbilisi prospektinin bir hissəsində işıq kəsiləcək.
Binəqədidə isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda Mir Cəlal küçəsində, 6-cı mikrorayonda İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində qısamüddətli fasilələr olacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər təmir-təftiş və sınaq işləri ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.